Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə rektor vəzifədi prorektor Zəfər Qurbanova həvalə edilib.
Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.