“MİQ imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimləri yaxın günlərdə sertifikalaşdırmaya cəlb edəcəyik”.

Mia.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək: “Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək olacaq”.

Nazir onu da qeyd edib ki, sertifikasiyadan keçən minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqlarında əlavələr olacaq.