Yeni Azərbaycan Partiyasının  keçmiş mətbuat katibi Elməddin Quliyevə AzTV-də vəzifə verilib.

Mia.az xəbər verir ki, o, bu barədə "Feysbuk"da paylaşım edib: “Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”.

Xatırladaq ki, o, YAP-a qədər Statistika Komitəsinin mətbuat katibi işləyib.