"Yeni Müsavat"ın keçmiş redaktoru Azər Ayxan yeni sayt açır.
Mia.az xəbər verir ki, hazırda yeni media orqanı ilə bağlı hazırlıq prosesi gedir.
Yaxın vaxtlarda sayt onlayn fəaliyyətə başlayacaq.
Azər Ayxan Teleqraf.com-a açıqlamasında faktı təsdiqləyib. O, ictimai-siyasi yönümlü xəbər saytının fəaliyyəti ilə bağlı yaxın vaxtlarda mediaya geniş açıqlama verəcəyini bildirib: "Saytın hazırlanması demək olar ki, başa çatmaq üzrədir. Hazırda test rejimində fəaliyyətdədir. Bəzi texniki məsələlər başa çatdıqdan sonra fəaliyyətə başlamağı planlaşdırırıq".
Qeyd edək ki, Azər Ayxan uzun illər “Yeni Müsavat” qəzetinin baş redaktoru olub. Bu ilin iyulun 6-da tutduğu vəzifədən istefa verib.