Ucarda üzərinə benzin tökərək yandıran II dərəcə əlil ölüb.

Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II dərəcə əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.