Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov bu gün vıfat edib.

Mia.az xəbər verir ki, faktı nazirlikdən təsdiqləyiblər.

Xatırladaq ki, Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin!