Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.
Mia.az xəbər verir ki, idarəin rəisi Teymur Abdullayev məlumat yayıb.
O bildirib ki, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır: "Artıq mima təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb".