Avqustun 26-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.