Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cabbarov Mirkamal Vüqar oğlu avqustun 17-də DSX-nin hərbi hospitalında müalicədə olarkən xəstəlikdən vəfat edib.

Mia.az xəbər evrir ki, bu barədə DSX məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib.