“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ən qısa vaxtda Qırğızıstanda gözləyirik”.
Mia.az xəbər verir ki, bunu Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ölkəsinin prezidenti Ərdoğanı səbirsizliklə gözləyir: "İki ölkə rəhbərləri yaxın zamanda görüşə bilər. Türkiyənin dəstəyini indiyədək hiss edirik. Bu arada iki ölkə arasında humanitar yardım ən yüksək səviyyədədir”.