Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq general-mayor Kənan Aşurluya həvalə olunub.
Bu məlumatı Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov açıqlayıb.
Onun sözlərinə görə, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib.
Xatırladaq ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
***
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə yeni rəhbər təyin olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” Birliyinin direktor vəzifəsinin müvəqqəti icrası general-mayor Kənan Aşurluya tapşırılıb.
Qeyd edək ki, Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, 51 yaşlı K.Aşurlu Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır.