Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində palçıq vulkanının püskürməsi ilə bağlı məlumat yayıb.

Mərkəzindən Mia.az-a bildirilib ki, hadisə avqustun 11-də yerli vaxtla 09:36-da qeydə alınıb.

Baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi  h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik  enerjisi Е=0.6×107  təyin olunub. 

Vulkan Gobu, Nardaran, Gala, Gobustan, Şirvan, Qusar stansiyalarda qeydə alınıb.

***

Bakının Qaradağ rayonunda vulkan püskürüb.

Mia.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.