Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib: "Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hazırda onun yanındayam. KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm, onun vəziyyəti tam nəzarətimizdədir".