Bu gün İslam dininə aid ibadət yerlərinə - məscidlərə vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.
Mia.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb.
Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Siyahı ilə bu linkdən tanış ola bilərsiniz:
https://scwra.gov.az/upload/editor/files/musahibe/02.08.2022.pdf