“Elmlər Akademiyası, elmlə bağlı danışanda yaş faktoru çox qabardılır".
Mia.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri əvəzi Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
O bildirib ki, yaş faktoru ciddi problem ola bilməz: "Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir. Elmdə, ümumiyyətlə yaş həmişə yuxarı olur. “Nobel” mükafatları alanlar sırasında da gənclər az olur. Ancaq bu varisliyin, dayanıqlıyın təmin edilməsi üçün gənclərin elmə cəlb edilməsi olduqca vacibdir. Bu sahəyə gələn gənclərin hansı stimulları var, bunu nəzərə almalıyıq”.
Emin Mərullayev əlavə edib ki, yeni nazirliyin tabeliyinə verilən AMEA-nın İnstitutlarda işləyən alimlər ixtisar olunmayacaq: "Məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil”