“Son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlar yayırlar. Bu məlumatlar əslində Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir”.
Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasında keçirilən tədbirdə şuranın sədri Əflatun Amaşov deyib.
O bildirib ki, bu cür saxta məlumatların yayılması eyni zamanda dövlətimizin təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi işlərə kölgə salır: "Həmçinin insanlar arasında müəyyən ajiotaj yaradır”.