Rusiya Daxili İşlər Nazirliyi ukraynalı jurnalist Dmitri Qordonu axtarışa verib.

TASS-ın xəbərinə görə, ona Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb.

Qordon həmçinin, təcavüzkar müharibəyə çağırışda da ittiham olunur.

Qeyd edək ki, Rusiya Maliyyə Məsələləri üzrə Monitorinq Xidməti aprelin 6-da ukraynalı jurnalistin adını terrorist və ekstremistlər siyahısına salıb/APA.