Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı milli qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.
Mia.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib: “Şəhidliyi ilə Vətən müharibəsinin başlanmasına zəmin yaradan qəhrəman komandir general Polad Həşimovu şəhadətinin ikinci ilində rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan ordusuna və millətinə baş və cansağlığı arzulayıram”.
Xatırladaq ki, görüşdə səfir S.Həşimovanın əllərindən öpüb.