Bu gündən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, bu gün riyaziyyat, fiziki tərbiyə, alman dili və fransız dili fənni üzrə 8000-dən artıq namizəd dəvət olunub.

Qeyd edək ki, bu il üçün MİQ üzrə 9000-dən artıq vakant yer təqdim olunub.