"Real" TV-nın rəhbəri Mir Şahin Ağayevin ATV, ARB və SPACE kanallarını işarə edərək, ölkədə ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunu dilə gətirməsi böyük maraq doğurmaqla yanaşı, qarşı tərəflərdə narazılıq yaradıb.

Mia.az xəbər verir ki, artıq ATV kanalının baş direktoru Azər Xəlilov sosial şəbəkədəki hesabında ona elə "Mir Şahin üslübu"nda, yəni ad çəkmədən cavab verib: “Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl telekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir".