"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".
Mia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək.
Nazir əlavə edib ki, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb.