Türkiyənin Artvin şəhərində azərbaycanlı sürücü torpaq sürüşməsi nəticəsində ölüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədəki hesabında açıqlama yayıb.
O bildirb ki, Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub: "O, 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur".