Bu gün Topaz Premeyer Liqada 30- cu turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün görüşləri eyni günə nəzərdə tutulub.
"Qəbələ" doğma meydanda AZAL-ı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0. Bakıda paytaxtın eyniadlı komandası "Xəzər Lənkəran"la üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 2:2. "Simurq" isə səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalıb.
Turun mərkəzi oyunu "Şəfa"da keçirilib. Paytaxt derbisində "İnter" "Neftçi"ni qəbul edib. Fasilədən sonra iki qol vuran "İnter" görüşdən 3 xalla ayrılıb- 2:1.
Günün son oyununda isə lider "Qarabağ" öz meydanında "Rəvan"ı sınağa çəkib. Bu görüşdə 5:1 qalib gələn Ağdam təmsilçisi liderliyini möhkəmləndirib.