Türkiyə Milli Müdafiə Nazirliyi Ordu günü ilə bağlı Azərbaycana mesaj ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə paylaşımda deyilir:

“Tək Vətən əməliyyatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bütün dünyaya qüdrətini göstərən, bizləri qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu əlamətdar gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.