Bu gecə Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. 

"Benfika" öz meydanında "AZ Alkmaar"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. "Portu" səfərdə "Sevilya"nın qonağı olub və rəqibinə 1:4 hesabı ilə uduzan "Portu" turnirdə mübarizəni dayandırıb. 

Doğma azarkeşləri önündə "Lion"a 2:1 hesabı ilə gələn "Yuventus" yarımfinala yüksəlib. "Valensiya" isə "Bazel"i qəbul edib. Oyunun əsas vaxtı 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatdığından görüşdə əlavə vaxta ehtiyac duyulub. Burada daha iki dəfə fərqlənən "Valensiya" futbolçuları yarımfinala vəsiqə qazanan sonuncu komanda olub.

Avropa Liqası, 1/4 finalın cavab oyunları:

00:05. "Benfika" (Portuqaliya) - "AZ Alkmaar" (Hollandiya) (İlk oyun - 1:0) - 2:0
Qollar: Rodriqo, 39 (1:0), Rodriqo, 72 (2:0)

00:05. "Valensiya" (İspaniya) - "Bazel" (İsveçrə) (İlk oyun - 0:3) - 5:0
Qollar: Pako, 38 (1:0), Varqas, 42 (2:0), Pako, 70 (3:0), Pako, 113 (4:0), Bernat, 118 (5:0)

00:05. "Sevilya" (İspaniya) - "Portu" (Portuqaliya) (İlk oyun - 0:1) - 4:1
Qollar: Rakitiç, 5-pen (1:0), Vitolo, 26 (2:0), Bakka, 29 (3:0), Qameyro, 79 (4:0), Quarejma, 90+2 (4:1)
Qırmızı vərəqə: Koke, 54 ("Sevilya")

00:05. "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (İlk oyun - 1:0) - 2:1

Qollar: Pirlo, 4 (1:0), Briand, 18 (1:1), Markisyo, 68 (2:1)

qol.az