"Yeni tədris ilində bir çox yeniliklər olacaq".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Lakin nazir yeniliklərin nədən ibarət olacağını açıqlamayıb. Onun fikrincə, bununla bağlı 2022-2023-cü tədris ilinin əvvəlində danışmaq daha doğru olar: "Qısa olaraq onu deyə bilərəm ki, yeni tədris ilində daha çox məktəblərə İKT avadanlıqlarının verilməsi və ondan düzgün istifadəsinə diqqət yetiriləcək. Bəzi məktəblərdə bununla bağlı saylar dəqiqləşdirilir. Summativ qiymətləndirmənin, ümumilikdə bütün qiymətləndirmənin elektron qaydada keçirilməsi və valideynlərlə ünsiyyətin elektron jurnalların artırılması planlaşdırılır".

Onun sözlərinə görə, yeni tədris ilində innovativ məktəblərin yaranması da hədəflər arasındadır/Report.