Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi vəzifəsini icra edən şəxs məlum olub.
Məlumata görə, bölmənin rəisi vəzifəsinin icrası, baş inspektor, mayor Araz Əsgərliyə həvalə edilib/APA.
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.