Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşib.
Bu gecə "Land of fire Azerbaijan" formalı "Atletiko" digər İspaniya təmçilçisi "Barselona"nı qəbul edib. Komanalar arasında ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələni adlamaq şansları bərabər hesab olunurdu. Matçın 5-ci dəqiqəsində hesabı açan Madrid təmsilçisi bu üstünlüyünü sonadək qoruyub və yarımfinala yüksəlib - 1:0.
Digər oyunda "Mançester Yunayted" səfərdə "Bavariya"nın qonağı olub. Bu komandaların da ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatdığından cütün taleyinə cavab matçında aydınlıq gələcəkdi. Rəqibini 3:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi yarımfinala adını yazdırmağı bacarıb.
Mia.az xəbər verir ki, bununla da yarımfinalçılar bəlli olub. Yarımfinala vəsiqə qazanan 4 komandadan ikisi İspaniyanı, biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.