May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
Mia.az DSX-yə istinadla bildirir ki, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir:
"Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir".