Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov məlumat verib..
***
“Bakı Elektrik Maşınqayırma Zavodunun ərazisində yanğın hadisəsinin baş verməsi haqqında məlumat Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinə 13:06-da daxil olub”.
Bunu Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov deyib.
O bildirib ki, ilkin yanğınsöndürmə bölmələri hadisə yerinə 6 dəqiqə sonra hadisə çatıb: “Yanğının mürəkkəbliyini, yayılma ehtimalının yüksək olduğu nəzərə alınaraq, əraziyə yüksək saylı çağırış elan edilib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 20 yanğın texnikası, 80-ə yaxın isə şəxsi heyəti cəlb olunub. Görülən tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb. Yanğın zamanı 2 əməkdaşımız xəsarət alıb, həyatı təhlükəsi yoxdur. Yanğının səbəbləri araşdırılır”.
***
Bakıda Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında başlayan sexdəki yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Əlavə məlumat veriləcək.