Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, 65 yaşlı hakim Əfqan Hacıyev təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi məlumat yayıb.

Qeyd edək ki, Ə.Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, 2018-ci ildə həmin məhkəmənin sədr müavini təyin olunub.