Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli dəfn olunub.

Mia.az xəbər verir ki, mərhum Lənkəran şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində onun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

Allah rəhmət eləsin!

***

"Azərbaycan jurnalistikasında elə bir adam tapılmaz ki, Qadir İbrahimlini özünə dost hesab etməsin".

Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O xatırladıb ki, mərhum Q.İbrahimli peşəkar jurnalist olub: "Onun haqqında çoxsaylı xatirələr qalacaq. Heç kim düşünmürdü ki, biz onunla bir neçə gündən sonra vidalaşacağıq. Qadir bu gün Lənkaran şəhərində dəfn olunacaq".

Qeyd edək ki, kəskin qaraciyər sirrozundan əziyyət çəkən jurnalist Qadir İbrahimli bu gün səhər saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

***

Jurnalist Qadir İbrahimli vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün Lənkaran şəhərində dəfn olunacaq

Allah rəhmət eləsin!

****

“Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir”.

Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, jurnalistin yerləşdirildiyi Respublika Klinik Xəstəxanasının rəhbərliyi ilə bir neçə dəfə əlaqə saxladığını açıqlayıb: “Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz.

Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümid edək ki, səhhəti düzələcək”.

***

Jurnalist Qadir İbrahimlinin səhhəti Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir.

Mia.az xəbər verir ki, bu barədə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Q. İbrahimlinin yerləşdirildiyi xəstəxananın rəhbərliyi və həkimləri ilə dərhal əlaqə saxlanılıb: “Daim əlaqədəyik. Allahdan dəyərli dostumuza şəfa diləyirik!”

TƏBİB-dən APA-ya verilən xəbərə görə, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.