"Qafqaz Müsəlmanları İdarəsində Həcc ziyarətinin təşkili ilə məşğul olanlar var. İdarənin nümayəndələri Səudiyyə Ərəbistanına səfər etmişdilər və bu istiqamətdə danışıqlar aparılıb".

Mia.az xəbər verir ki, bunu Report-a Allahşükür Paşazadə deyib.

O bildirib ki, koonavirus pandemiyası səbəbindən iki il ziyarətlə bağlı çətinliklər vardı: "Bu il üçün Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bağlı qaydalara müəyyən dəyişikliklər edilib. Nümayəndə heyəti Vətənə qayıtdıqdan sonra ətraflı məlumat veriləcək".