Sumqayıt Apellyasiya Məhkəməsi jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmü qüvvədə saxlayıb.
Mia.az xəbəır verir ki, bu barədə jurnalistiun dostları sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, hakim Vidadi Cəfərov sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevi korrupsiyada ittiham edən araşdırma yazı yazıb.
Bundan sonra ona qarşı iddia qaldırılıb. İlkin məhkəmə instansiyasının - Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsəsən, jurnalist 1 il 6 ay islah işləri ilə yanaşı, qazancından 20 faiz dövlət hesabına köçürməyə məhkum olunub.