Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Qol.Az-ın məlumatına görə,növbəti oyun günündə daha 3 görüş baş tutub.

Turun maraqla gözlənilən oyunu İstanbulda baş tutub. Burada "Qalatasaray" əzəli rəqibi "Fənəbaxça"nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

"Elazığspor" sərərdə "Erciyesspor"a məğlub olub - 0:3.

"Bursaspor" isə öz meydanında "Sivasspor"u 4:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Superliqada 28-ci tura bu axşam keçiriləcək "Trabzonspor" - "Gənclərbirliyi" oyunu ilə yekun vurulacaq.

6 aprel

Türkiyə Superliqası, 28-ci tur


"Ərciyəsspor" - "Elazığspor" - 3:0
Qollar: Edinyo, 4 (1:0), İbriçiç, 17 (2:0), Öztekin, 45 (3:0)

"Bursaspor" - "Sivasspor" - 4:3
Qollar: Utaka, 3 (0:1), Fernando, 9 (1:1), Şestak, 11 (2:1), Eşer, 34 (2:2), 36 (2:3), Fernando, 39 (3:3), 69 (4:3)

"Qalatasaray" - "Fənərbaxça" - 1:0
Qol: Sneyder, 10 (1:0)
Qırmızı vərəqələr: Bələzoğlu, 40 ("Fənərbaxça"), Melo, 87 ("Qalatasaray")