İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Audiovizual Şuradan bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq namizədin seçilməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.