Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramia 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Mİa.az APA-ya istinadla xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən dinləmədə hakim Qvaramiyanın məhkəmə zalında həbs edilməsinə qərar verib. Nika Qvaramiya özünü təqsirli hesab etmədiyini bildirib.
O, “Rustavi 2” telekanalının rəhbəri olduğu zaman vəzifə səlahiyyətlərindən yayım şirkətinin marağının ziddinə istifadə etməkdə və külli miqdarda mənimsəmədə ittiham edilir.