Ukraynada dövlətə xəyanətdə şübhəli bilinən rusiyapərəst bloger Anatoli Şariy İspaniyada saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin "Facebook" səhifəsində məlumat verilib.
"Anatoli Şariy 2022-ci il mayın 4-də İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”, - məlumatda deyilir/APA.
Bloger Ukrayna Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) və 161-ci maddələri ilə (irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sağlamlığından və digər əsaslardan asılı olaraq vətəndaşların bərabər hüquqlarının pozulması) ittiham olunur.