Azərbaycanda yeni İctimai Birlik - "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) yaradılıb.

Məlumata görə, təşkilatın İdarə Heyətinin sədri Rahid Ələkbərovdur.

Assosiasiya kibertəhlükəsizlik sahəsində elmi-texniki nailiyyətlərin tətbiqinə, bu istiqamətdə maarifləndirmə və məlumatlandırma işlərinin həyata keçirilməsinə dəstək verəcək, milli maraqların təbliğat və dezinformasiya fəaliyyətindən qorunmasına çalışacaq, bu mübarizədə müvafiq təkliflərin verəcək, görülən işləri əlaqələndirəcək.