İcbari Sığorta Bürosunun sistemi işlək vəziyyətdədir və gündəlik iş rejimində fəaliyyətini davam etdirir.
Mia.az xəbər verir ki, bu barədə Büronun haker hücumları ilə bağlı son günlər yayılmış məlumatlara dair açıqlamasında bildirilir: "Sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilir. Bəzi xəbər qaynaqlarında çıxan məlumatlarla əlaqədar olaraq araşdırmalar davam etdirilir. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək".