Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
İspaniya derbisində "Barselona" və "Atletiko" (Madrid) komandaları üz-üzə gəlib. İngiltərədə baş tutan görüşdə isə "Mançester Yunayted" son çempion "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki qarşılaşma 1:1 hesablı bərabərliklə sona çatıb.
Oyunun statistikası ilə tanış olun:
"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 1:1
"Mançester Yunayted" (İngiltərə) - "Bavariya" (Almaniya) - 1:1
Qollar: Vidiç, 58 (1:0), Şvaynştayger, 67 (1:1)
Qırmızı vərəqə: Şvaynştayger, 90 ("Bavariya)