“Media reyesterinin aparılması qaydaları və media reyesterinin şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb”.

Bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, layihə barədə aidiyyəti üzrə müvafiq qurumlarla razılaşdırılma aparılmaqdadır:

“Düşünürük ki, Prezidentin müvafiq fərmanında qeyd edilmiş müddətdə media reyestrinin formalaşdırılmasına nail olacağıq”.