"cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadla bildirir ki, o, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.