Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.
Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.
Mənsur İbrahimli məlumatı təsdiqləyib: “Aprelin 4-də öz ərizəmə əsasən Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsindən azad edilmişəm. Hazırda səhhətimdə yaranmış problemlə əlaqədar ev şəraitində müalicə olunuram”.
Qeyd edək ki, M. İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı.