Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start veriləcək. 

Mia.az xəbər verir ki, eyni saatda başlayacaq iki qarşılaşmanın biri həm də İspaniya derbisi kimi yadda qalacaq. Belə ki, "Barselona" öz meydanında  "Atletiko" (Madrid) komandasını qəbul edəcək.

Digər oyun isə İngiltərədə baş tutacaq. Həmin görüşdə "Mançester Yunayted" son çempion "Bavariya" ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Sabah isə aşağıdakı komandalar qarşılaşacaqlar:

23:45. "PSJ (Fransa) - "Çelsi" (İngiltərə)

23:45. "Real" (Madrid, İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)