İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri, eyni zamanda, "Böyükmillət.com" media portalının Baş redaktoru Samir Adıgözəlli Bursa şəhərinin bu il Türkiyənin mədəniyyət paytaxtı elan edilməsi münasibəti ilə keçirilən tədbirə dəvət olunub.

İSBAM-dan  Mia.az-a verilən məlumata görə, Samir Adıgözəlli  səfər çərçivəsində bir çox rəsmi görüşlər keçirinb. O, Türkiyənin bır sıra siyasi, ictimai və media təmsilçiləri görüşcərək müzakirələr aoarıb.

Belə görüşlərdən biri də Türkiyə İnternet Qəzeteçiləri Federasiyasının (İGF) rəhbərliyi ilə  baş tutib.

Görüşdə Azərbaycan-Türkiyə jurnalistləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, iki ölkə arasında informasiya mübadiləsinin artırılması, həmçinin qarşılıqlı səfərlər və digər bır sıra layihələrin reallaşdırılması müzakirə olunub: "Bütün bunlarla yanaşı, Samir Adıgözəlli ilə iGF rəhbərliyi bundan əvvəlki görüşlərində qaldırılan Türkiyə İnternet Qəzeteçiləri Federasiyasının Azərbaycan təmsilçiliyinin yaradılması məsələsini də təkrar müzakirə ediblər. Hər iki tərəfin qənaətinə görə, belə bir təmsilçilik iki ölkə jurnalistləri arasında əlaqələrin daha da dərinləşməsinə kömək edəcək. Müzakirələrin sonunda Azərbaycan təmsilçiliyinə rəhbərlik Samir Adıgözəlliyə həvalə olunub".

Qeyd edək ki, İGF Türkiyə və dünyanın bir çox başqa ölkələrində fəaliyyət göstərən 1200-dən artıq saytı öz ətrafında birləşdirir. Qurumun Türkiyənin bütün şəhərlərində, eləcə də dünyanın: Böyük Britaniya, Almaniya, Belçika, Kipr kimi ölkələrdə yerli büroları var.