Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Ukraynaya dəstək üçün ianə kampaniyası keçirib.

Mia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceysm Şarp tviter səhifəsində paylaşım edib: 

“Novruz yarmarkasındakı stendimizi ziyarət edən hər kəsə təşəkkür edirik. Sizin dəstəyinizlə biz Ukrayna Qızıl Xaç Cəmiyyətinə ianə olunacaq 900 manat topladıq”