Zaqatala rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Mia.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.