“Azərişıq” ASC-nin Xırdalanda yerləşən yarımstansiyasında baş verən yanğın söndürülüb.
Mia.az FHN-ə istinadla xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 105 m² olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı açar və kabel, bitişik iki evin dam örtüyü 6 m² sahədə yanıb. Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.