Sumqayıt Şəhər Məhkəməsinə kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.
Mia.az xəbər verir ki, bu vəzifə məhkəmənin hakimi Azər İsmayılova həvalə olunub.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü İsmayılov Azər İbrahim oğlu 2013-cü ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyir.
O, 1997-2000-ci illərdə Nəsimi Rayon Məhkəməsində kargüzar, iclas katibi, 2001-2008-ci illərdə Sumqayıt Şəhər Məhkəməsində məsləhətçi, böyük məsləhətçi, 2008-2013-cü illərdə isə Nizami Rayon Məhkəməsinin (Bakı) hakimi vəzifəsində çalışıb.